Nüvə silahı Ukrayna üçün aktuallaşacaq - Ekspert ssenarini açıqladı

DÜNYA
22:57 / 15.11.2024
107

Ukraynanın Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzvlüyü rədd edilərsə və Ukraynaya qarşı təcavüzkar müharibəyə başlayan Rusiyaya təslim olmağa məcbur edilərsə, öz nüvə silahlarının yaradılması məsələsi aktuallaşacaq.

HİT.az xəbər verir ki, bunu hərbi ekspert, Yeni Geosiyasət Tədqiqat Şəbəkəsi platformasının direktoru, Beynəlxalq Problemlər üzrə Ordu, Konversiya və Silahsızlanma Araşdırmaları Mərkəzinin direktor müavini Mixaylo Samus "Espresso" kanalında bildirib.

"Məhiyyət nüvə bombasının keyfiyyətində deyil. Mahiyyət sırf siyasi və stratejidir. Əgər Ukrayna NATO-nun müttəfiqi olacaqsa və onu NATO-ya dəvət edəcəklərsə, boz zonada, bu təlatümlü dünyada saxlanmayacaqsa, o zaman bu nüvə silahlarına ehtiyacımız olmayacaq", deyə Samus vurğulayıb.

Ekspertin fikrincə, Ukrayna boz zonaya sıxışdırılarsa, NATO-ya üzvlük dəvətinin mümkün olmadığı bildirilərsə, eləcə də ölkə kapitulyasiyaya və ərazilərinin Rusiyaya təslim edilməsinə məcbur edilərsə, bu, uzunmüddətli bir perspektivdə nəzərdən keçiriləcək təhlükəli ssenari olacaq. Belə bir vəziyyətdə, Ukrayna öz milli maraqlarını əsas götürməlidir.

"Ukrayna millətinin sağ qalması və mövcudluğu məsələsi gündəmdədir. Belə bir vəziyyətdə sual artıq "nüvə silahı yaratmaq lazımdırmı?" deyə qoyulmayacaq. Məqsəd yaşamaqdır və bu məqsədə çatmaq üçün istənilən vasitələrdən istifadə etməyə ehtiyac olacaq. Ukrayna NATO, Qərb dünyası və Rusiya arasında tampon zona olaraq qalarsa, ölkə hər hansı bir alətdən, o cümlədən nüvə silahından istifadəni nəzərdən keçirməli olacaq", deyə ekspert bildirib.

Ekspertin sözlərinə görə, hazırda nüvə silahı məsələsi gündəlikdə deyil. Ukrayna avroatlantik məkana inteqrasiya üçün bütün imkanlara sahibdir və bu, prioritet olaraq qalır. O, həmçinin vurğulayıb ki, Ukrayna Avropanın strateji müstəqilliyi baxımından çox arzuolunan tərəfdaşdır.

Samir

0