Aİ Çinə iqtisadi təzyiqdə Trampı dəstəkləməyə hazırlaşır

DÜNYA
20:54 / 15.11.2024
102

Avropa İttifaqı səlahiyyətliləri Donald Trampın komandası ilə strateji əlaqələr quraraq onun yeni ABŞ prezidenti vəzifəsinə hazırlaşır.

HİT.az xəbər verir ki, Brüsseldən verilən məlumata görə, Trampın seçkilərdəki qələbəsindən sonra Aİ onun ilk prezidentliyinin başlamasına hazırlıqsız olduğu 2017-ci ildəki səhvləri təkrarlamamaq qərarına gəlib. 

"Bild"in məlumatına görə, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen artıq Trampa zəng edərək müdafiə, ticarət və enerji məsələlərini müzakirə edib.

"Bild" Aİ-nin Çinə ticarət təzyiqini artırmaq planlarında Trampı dəstəkləməyi planlaşdırdığını öyrənib. Bunun müqabilində Brüssel Ukraynaya dəstək və Rusiyanın təcavüzünə qarşı mübarizədə ABŞ-la tərəfdaşlığını gücləndirməyə ümid edir.

Avropa Parlamentinin sədri Roberta Metsolanın sözlərinə görə, Avropanın bərabərhüquqlu kimi çıxış etməsi və Birləşmiş Ştatlara “hamı üçün uduş-uduş vəziyyətinin mümkün olduğunu” çatdırması vacibdir. Metsola əlavə edib ki, Tramp da öz növbəsində başa düşməlidir ki, “Birinci Amerika” siyasəti təcrid deyil, əməkdaşlıq olduqda uğurlu olacaq.

Samir

0