Gənələr köçəri quşların köməyi ilə xəstəlikləri yeni bölgələrə yayır - Alimlər

SAĞLAMLIQ
19:30 / 19.11.2024
219

Cənubi Missisipi Universitetinin amerikalı alimləri aşkar ediblər ki, patogen daşıyıcı gənələr köçəri quşları parazitləşdirərək minlərlə kilometr məsafə qət edə bilirlər. Əgər gəliş yerindəki iqlim uyğun olarsa, bu, bölgə üçün yeni xəstəliklərin yaranmasına səbəb ola bilər. 

HİT.az xəbər verir ki, tədqiqat "Frontiers in Cellular and Infection Microbiology" (FCIM) elmi jurnalında dərc olunub.

Gənələrin köçəri quşlar vasitəsilə yayılmasını öyrənmək üçün alimlər Meksika körfəzinin şimalındakı altı istirahət yerində torlar qurublar.

Hər bir quşun üzərinə identifikasiya nömrəsi vurulmuş, fiziki vəziyyətinin yoxlanılması və gənələrin olub-olmaması üçün ölçü götürülərək müayinə edilib. Gənələr tapıldıqdan sonra növləri təsdiqləmək və daşıdıqları mikroorqanizmləri müəyyən etmək üçün onlar çıxarılıb və sonrakı DNT analizi üçün saxlanılıb.

Bu, gənələrin nə qədər uzaqlaşa biləcəyini göstərdi: orta paylama məsafələri 5 min km-ə çatıb.

Daha sonra alimlər gənələrin daşıdığı mikrobları analiz ediblər. Onların arasında ən çox yayılmış olanı gənələrin fəaliyyətinə kömək edən endosimbiont rolunu oynayan Francisella bakteriyalarıdır.

İkinci ən çox yayılmış bakteriyalar Rickettsia növləridir ki, bu da gənələrlə mümkün simbiotik əlaqəni göstərə bilər.

Bəzi rikketsiya növləri insanlarda xəstəliklərə, o cümlədən xallı qızdırmalara səbəb ola bilər, lakin invaziv gənə növlərinin bu xəstəlikləri insanlara ötürə biləcəyi hələ məlum deyil.

Samir

0