Banklar niyə mənfəət vergisi ödəmir?

İQTİSADİYYAT
19:15 / 19.11.2024
290

“Bankın mənfəət göstəricisinin olmaması bank üçün pis göstəricidir. Bankın verdiyi kreditlər geri qayıtmır və nəticədə bankın gəliri azalır”. 

Bu sözləri Hit.az-a bank sahəsi üzrə ekspert Əkrəm Həsənov deyib. 

O bildirib ki, banklar əsasən problemli kreditlərin çox olduğu zamanlarda zərərlə işləyirlər:

 “Açıqlanan son məlumatda bir çox bankın mənfəət vergisi ödəmədiyi qeyd edilib. Bu o deməkdir ki, həmin bankların cari il ərazində gəliri olmayıb. Gəlir olmadığı üçün banklar adıçəkilən vergini ödəməyib. Bu hal isə həmin banklar üçün heç də yaxşı hal deyil”.

Sevinc

0