Azərbaycan futbolunda bir oyunda 20 qol vuruldu

İDMAN
09:39 / 21.11.2024
152

1-сi Liqanın 8-ci turunun hazırlığını davam etdirən "Qəbələ” yoxlama oyunu keçirib.
 
HİT.az əbər verir ki, "qırmızı-qaralar” Ağcabədinin "Olimpiya” komandası ilə üz-üzə gəlib.

Region Liqası təmsilçisi ilə matç Qəbələ şəhər stadionunda keçirilib.

Görüş Kaxaber Tsxadadzenin komandasının tam üstünlüyü ilə keçib. İlk 45 dəqiqədə doqquz qol vuran "Qəbələ” fasilədən sonra daha 11 qol vurub və yekunda 20:0 hesabı ilə qalib gəlib.

"Qəbələ”nin heyətində Elşad Tağıyev 4, Rəvan Əsədov 3, Oçe Oçoveçi, Ruslan Voronsov və Prins Ovusu hərəyə 2 qola imza atıblar. Nugay Rəşidov, Nicat Əliyev, Şahin Şahniyarov, Murad Musayev, Vüqar Həsənov, Abdullahi Şuaybu və Samir Həsənov hərəyə 1 dəfə fərqləniblər.

Qeyd edək ki, "Qəbələ” bu gün yoxlama oyununda "Zaqatala” ilə üz-üzə gələcək. Qəbələ şəhər stadionundakı matç saat 15:00-da başlayacaq.

0