"Qara cümə" endirimləri nə dərəcədə realdır? - İqtisadçı AÇIQLADI

İQTİSADİYYAT
12:12 / 21.11.2024
255

"Əslində, "qara cümə" endirimləri yalan deyil. Noyabrın son cümə günündə bəzi məhsulların qiyməti dəyərindən aşağı olur". 

Bu sözləri iqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, Qərbdən gələn "qara cümə" adlı kampaniya son illərdə bizdə də istifadə olunur:

"Lakin müştərilər məhsulların qiymətlərini müqayisə edərək dəqiq müəyyənləşdirə bilərlər.  Ümumilikdə isə noyabrın son cümə günü həqiqətən kifayət qədər endirimlər olur. Ancaq heç bir mağaza və ya şirkət məhsulu ziyanla satmaz. Yəni nə üçün dəyərindən çox ucuza sataraq ziyana uğramalıdır ki? Bunu qəbul etmək lazımdır". 

362838

Ekspert qeyd edib ki, mağazalar əsasən aşağıdakı hallarda mallarını daha ucuz qiymətə satır:

"Birincisi, mağaza bağlananda pulunu diriltmək üçün məhsulunu daha ucuz satır. İkincisi, uzun müddətdir satılmayan malı dəyərindən ucuz satışa çıxarır. Üçüncü isə, yeni sezon malları gələcəyi üçün piştaxtanı yeniləmək üçün bu addım atıla bilər. Bu hallarda ciddi endirimlər olur. 

Həmin üç şərt çərçivəsində məhsulu ziyanına satması mümkündür. Lakin digər vəziyyətlərdə nə üçün baha məhsulunu ucuz qiymətə satmalıdır? Sahibkarın işi məhsulu ucuz alıb, baha satmaqdır". 

Xalid Kərimli diqqətə çatdırıb ki, bəzən də mağazalar müştəri cəlb etmək üçüm bəzi məhsullara böyük endirimlər edirlər:

"Yəni bir neçə məhsulu dəyərindən aşağı satırlar. Lakin digər məhsulları normal qiymətlərlə satışa çıxarırlar. Çünki mağaza bütün kampaniyaları pul qazanmaq üçün təşkil edir. Əlbəttə ki, bütün kampaniyaların sonunda mağazalar məqsədlərinə çatırlar və qazanc əldə edirlər. Əks halda, mağaza fəaliyyətini davam etdirə bilməz".

Pərviz

0