Koronavirusun yeni ştamından necə qorunmaq olar? - İnfeksionistdən AÇIQLAMA

SAĞLAMLIQ
13:32 / 21.11.2024
245

Son günlərdə dünyanın bir çox ölkəsində koronavirusun yeni mutasiyası yaranıb. 

Söhbət XEC adlı yeni ştamdan gedir. Üstəlik, mövcud peyvəndlərin ona qarşı effektsiz olduğu deyilir. Bu variant özünü yüksək hərarət, bədən ağrıları, yorğunluq, öskürək və ya boğaz ağrısı kimi simptomlarla biruzə verir. 

Bəs koronavirusun yeni ştamından necə qorunmaq olar? Əvvəlki peyvəndlər ona qarşı nə qədər effektivdir? 

Mövzu ilə bağlı infeksionist Mərdan Əliyev Hit.az-a açıqlama verib. O bildirib ki, koronavirusun XEC adlı yeni ştamı JN1 variantından törəyib:

362848

"Ümumiyyətlə, koronavirusun bütün ştamları bir-birindən əmələ gəlir. Sözügedən proses hər dəfə bu formada davam edir. Bu, koronavirusun xüsusiyyətidir". 

İnfeksionist yeni variantın yoluxma sürəti barədə də danışıb:

"XEC yoluxma qabiliyyəti çox sürətlidir. Ona görə də hər variant üçün vaksinlərin yenilənməsi tələb olunur. Yeni peyvəndlər bu ştama qarşı da tam effektiv olacaq. Mövcud vaksinlərin isə əvvəlki ştamlarda olduğu kimi insanı bundan güclü şəkildə qoruya bilmir".

Pərviz

0