Şahzadə Harri və Meqan Portuqaliyada 4,7 milyonluq malikanəni niyə alıb?

23:17 / 28.11.2024
145

Şahzadə Harri və Meqan Markl Portuqaliyada istirahət yeri olaraq 4,7 milyon dollarlıq malikanə alıblar. 

HİT.az xəbər verir ki, bu barədə “New York Post” mənbəyə istinadən məlumat yayıb.

“Portuqaliyada bir villa hər şeydən daha çox investisiyadır. Tikinti hələ başa çatmayıb. Onlar malikanəni köçmək üçün almayıblar, bura istirahət yeridir və aktivlərini qorumaq üçün sərmayə qoya biləcəkləri bir şeydir”, deyə mənbə bildirib.

Jurnalistlər şahzadə Harri və Meqan Marklın Avropa İttifaqı vətəndaşlığını alacağını qeyd ediblər. Bundan sonra həyat yoldaşları Şengen ölkələrinə məhdudiyyətsiz səyahət edə biləcəklər.

Susseks hersoqu və hersoginyasının Avropada ev alması faktı oktyabrda məlum olub. Onlar bu addımı Britaniya kralı III Çarlz 2023-cü ilin martında Vindzordakı Froqmor kottecindən çıxarmaq qərarına gəldikdən sonra atıblar.

Şahzadə Harri və Meqan Markl kral ailəsinin Portuqaliyada əmlak alan yeganə üzvləri deyil. Məlumdur ki, şahzadə Yevgeniya və əri Cek Bruksbankın dəbdəbəli CostaTerra Golf and Ocean Club kompleksində evi var.

Samir

0