Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi işdən çıxarılıb

ÖLKƏ
15:37 / 02.12.2024
275

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsindən azad edilib.

APA-nın yerli bürosunun məlumatına görə, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Pərvin Kazımov tutduğu vəzifədən azad edilib.

Hələlik Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə yeni təyinat yoxdur.

0