Çinli alimlər insanı görünməz edə biləcək material hazırladı

TEXNO
19:19 / 04.12.2024
687

Çinin Elektron Elmləri və Texnologiyaları Universitetinin optoelektronika elmləri və mühəndisliyi fakültəsinin alimləri, o cümlədən dosent Van Dunsen və professorlar Vey Çen və Cən Yunhao ətraf mühitin dəyişikliklərinə uyğun olaraq rəngini dəyişə bilən unikal material hazırlayıblar. 

HİT.az xəbər verir ki, bu barədə news.science nəşri məlumat yayıb.

Məlumata görə, bu material ətraf mühitin şərtlərinə uyğun olaraq rəngini avtomatik dəyişdirmək qabiliyyətinə malikdir və bunun sayəsində görünməzlik effekti yaradır. 

Van Dunsen bildirir ki, bu ideya ona qədimdən mövcud olan görünməzlik arzusu ilə ilham verib. Onun məqsədi, xameleonların təbiətdə mövcud olan uyğunlaşma qabiliyyətini insanlara tətbiq etmək olub.

Materialın əsasını "özünü uyğunlaşdıran fotoxromizm" (SAP) təşkil edir. Bu texnologiya materialın rəngini tamamilə onun daxili xüsusiyyətlərinə əsaslanaraq ətraf mühitə uyğun şəkildə dəyişməsinə imkan yaradır. Beləliklə, material mühitə uyğun rəng seçərək daima onunla harmoniya təşkil edir.

Qeyd edək ki, oktyabr ayının əvvəlində yapon mühəndislər də "eşolokasiya cavabını" zəiflətməklə obyektlərin görünməzliyini təmin edən bir "şapka" icad etmişdilər. Görünməzlik yalnız optik görünməzliklə məhdudlaşmır, həm də digər spektrlərdə gizlənmək qabiliyyətini ifadə edir.

Samir

0