Qara gün üçün pul yığılmalıdır?

MARAQLI
09:50 / 06.12.2024
416

Bu gün əksər insanlar “Qara günə” puı yığmaq düşüncəsi ilə pul yığır.

Maraqlıdır, qara gün nədir ki, insanlar o gün üçün özünü biləndən yemir, gəzmir pul yığır? 

Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, həyat yoldur və o həmişə asfaltlanmış olmur. Çox vaxt nədən isə çala-çuxurlu olur:

“Pul yığmaq prosesi bu işə necə yaxınlaşmaq olduğunu bildikdə, kifayət qədər xoş ola bilər. Və pulun “həyat sürprizləri” üçün toplanması, sizi varlı olmağa gətirən pulun yığılması və artırılması sisteminin bir hissəsidir. Qara gün düşüncəsi ilə deyil, gələcək üçün pul yığmaq ifadəsi düzgündür. Fikir versəz görərsiz ki, kim dar gün üçün pul yığıbsa, o pul elə qara günə nəsib olub. Insanlar düşüncəsini dəyişməlidir. Kəndlərin birində bir fermer qara gün üçün çoxlu sayda qoyun quzu saxlayırdı. Heyvanlar arasında xəstəlik yayıldı və qara gün üçün saxlanılan o heyvanlar hədər oldu. Yəni, insanlar həyata baxışını dəyişməlidir”.

Sevinc

0