Stoltenberg Trampı NATO-nun ABŞ üçün faydalı olduğuna inandıra bilər - KİV

DÜNYA
21:37 / 09.12.2024
112

NATO-nun keçmiş baş katibi Yens Stoltenberq Donald Trampı alyansın Vaşinqton üçün faydalı olduğuna inandıra bilər. 

HİT.az xəbər verir ki, bu barədə NATO-dakı yüksək rütbəli mənbəyə istinadən “Politico” qəzeti məlumat yayıb.

Hazırda hərbi blokda ABŞ-ın gələcək prezidentinin mümkün dağıdıcı hərəkətləri ilə bağlı narahatlıqlar azdır.

Qəzet qeyd edir ki, Trampın birinci dövründə o, NATO müttəfiqlərini ABŞ-ın alyansdan mümkün çıxması və hücum zamanı qarşılıqlı yardımı nəzərdə tutan 5-ci maddə üzrə öhdəlikləri yerinə yetirməkdən imtina etməsi ilə qorxudub.

İndi siyasətçi dövlət katibi vəzifəsinə senator Mark Rubionun namizədliyini irəli sürüb, o, prezidentin Senatın təsdiqi olmadan NATO-dan çıxmasını qadağan edən qanun layihəsinin təşəbbüskarı olub.

Bir gün əvvəl Tramp "NBC News" telekanalına müsahibəsində bildirmişdi ki, ABŞ NATO-nun digər üzvləri Şimali Atlantika Müqaviləsi Təşkilatını maliyyələşdirmək üzrə öhdəliklərini yerinə yetirməsə, NATO-dan çıxa bilər.

Samir
 

0