Əsədi devirən Colani kimdir? - Başına 10 milyon qoyulan müəllim

DÜNYA
23:33 / 10.12.2024
163

Suriyada Əsəd rejiminin süqutunda böyük rol Məhəmməd Colani sosial media gündəminin ən maraqlı və araşdırılan adlarından birinə çevrilib. Heyət Təhrir əş-Şamın (HTŞ) lideri Məhəmməd Colaninin həyatı hamıya maraqlı görünməyə başlayıb. O kimdir?

HİT.az Lent.az-a istinadən Məhəmməd Colani barədə məlumat verir:

- Colani harada və nə zaman anadan olub?

HTŞ lideri Colani 1982-ci ildə atasının neft mühəndisi işlədiyi Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində doğulub. Bəzi mənbələrə görə, ailə sürgün olunduğu üçün mühacirətə getməli olub. Ailəsi ona Əhməd Hüseyn əş-Şara adını verib. Təxəllüsü ölkəsində Əbu Məhəmməd Əl Qolani kimi tələffüz olunur. Ailəsi 1967-ci ildə müharibə zamanı Qolan təpələrindəki evlərini tərk etmək məcburiyyətində qalıb. Ona görə də o, Colani təxəllüsündən istifadə edir.

Colaninin ailəsi 1989-cu ildə Suriyaya qayıdıb və Dəməşq yaxınlığında məskunlaşıb. Onun 2003-cü ildə İraqa köçməzdən əvvəl Dəməşqdə keçirdiyi vaxt haqqında çox az şey məlumdur. 

- Colani təhsil alıb?

Bəli, o ixtisasca ərəb dili müəllimidir.

- Colaninin döyüşçü karyerası barədə nə bilirik?

O, 2003-cü ildə ABŞ işğalına qarşı döyüşmək üçün İraqa gedib və Əl-Qaidəyə qoşulub.

- Colani həbsdə olub?

Bəli. 2006-cı ildə İraqda ABŞ qüvvələri tərəfindən həbs edilib və 5 il ABŞ-da həbsdə saxlanılıb. Colani daha sonra Əl-Qaidənin Suriyadakı qolu olan Ən-Nusra Cəbhəsini yaratmaq vəzifəsini alıb və həmin illərdə təşkilat müxalifətdəki təsirini artırıb, İdlib başda olmaqla bir çox bölgələri nəzarətdə saxlayıb.

2011-ci ildə Suriyada vətəndaş müharibəsinin başlaması ilə Colani yenidən meydana atılıb. Onun Əl-Qaidə ilə əlaqəli Nusra Cəbhəsi adını dəyişərək “Həyat Təhrir əş-Şam”a çevrilib.

- Bu təşkilat yenə Əl-Qaidə ilə əlaqəlidir?

Yox. Heyət Təhrir əş-Şam (HTŞ) 2016-cı ildə Əl-Qaidə ilə əlaqələrini kəsib.

- Əl-Qaidə ilə əlaqələrini necə kəsib?

Colinin Əl-Qaidə ilə əlaqələri 2003-cü ildə İraqda ABŞ əsgərlərinə qarşı döyüşən ekstremistlərə qoşulduğu vaxta təsadüf edir. 

Suriya vətəndaşı olan Colani ABŞ hərbçiləri tərəfindən saxlanılsa da, İraqda qalıb. Bu müddət ərzində Əl-Qaidə həmfikir qrupları qəsb edərək Əbu Bəkr əl-Bağdadinin rəhbərlik etdiyi ekstremist İraq İslam Dövlətini yaradıb.

2011-ci ildə Suriyada Əsədə qarşı başlayan xalq üsyanı hökumətin qəddar repressiyasına səbəb olduqda və hərtərəfli müharibəyə səbəb olduqda, əl-Bağdadi Əl-Qaidənin “Nusra Cəbhəsi” adlı qolunu yaratmaq üçün Colani Suriyaya göndərib.

Birləşmiş Ştatlar bu yeni qrupu terror təşkilatı kimi tanıyıb və o vaxtdan da bunu davam etdirir. Vaşinqton Colaninin başına 10 milyon dollar mükafat da qoyub.

- Colani, bölgədə İŞİD-ə qarşı döyüşüb?

Bəli. 2013-cü ildə Suriyada vətəndaş müharibəsi şiddətləndikcə, Colanın ambisiyaları daha da artıb. O, əl-Bağdadinin “Nusra Cəbhəsi”ni ləğv etmək və onu “Əl-Qaidə”nin İraqda İraq Şam İslam Dövləti (İŞİD) yaratmaq əməliyyatı ilə birləşdirmək çağırışlarına qarşı çıxıb.

Colani buna baxmayaraq, Əl-Qaidəyə beyət edib. Sonrakı dövrdə Əl-Qaidə İŞİD-dən ayrılıb. Cəbhət ən-Nusra İŞİD-ə qarşı döyüşüb və Əsədə qarşı Suriya silahlı müxalifəti daxilindəki rəqiblərinin çoxunu məhv edib.

- Colani siyasi kursunu nə zamandan dəyişməyə başlayıb?

Colani beynəlxalq legitimlik qazanmaq üçün ələ keçirdikləri bölgələrdə daha mütəşəkkil davranmağa və düzgün idarəçilik qurmağa çalışıb.

Onlar idarə etdikləri torpaqlarda milli azlıqları qoruyacaqlarına söz veriblər. Halbuki Colani 2014-cü ildə verdiyi ilk müsahibəsində məqsədinin Suriyanın İslam qanunları ilə idarə olunması olduğunu bildirib və ölkədə ələvi, şiə, druz və xristian azlıqlarına yer olmadığını açıq şəkildə ifadə edib. O, təkcə Amerika ilə düşmən deyildi, həm də kürdlərə nifrəti ilə tanınırdı. Rusiya xarici işlər naziri Sergey Lavrovun açıqlamalarına görə, Ən-Nüsrə döyüşçüləri Suriyanın şimalında 120-si uşaq olmaqla, 450 kürdü öldürüb.

Köklü dəyişiminə görə, Colaniyə media 'Kostyumlu cihadçı' ləqəbini verib. Colani illər boyu radikal təşkilatlar daxilində manevrlər edərək rəqiblərini və keçmiş müttəfiqlərini sıradan çıxarıb. Colani müxtəlif qəbilə və digər qruplarla əlaqələr qurmaqla Suriyanın dini və etnik azlıqlarına güvən verib. Keçmiş Əl-Qaidə üzvü olan və ABŞ trəfindən hələ də terrorçu kimi tanınan Colani Suriyada plüralizmi təbliğ edən bir fiqur kimi ortaya çıxsa da, mülayim olmaq cəhdlərinə baxmayaraq, onun demokratik niyyətlərinə dair şübhələr qalmaqdadır.

Suriyanın uzunmüddətli lideri Bəşər Əsədin 14 illik hakimiyyətinin qəfil sona çatmasından sonra ölkənin siyasi gələcəyi bütün qeyri-müəyyənliklərə baxmayaraq formalaşmağa başlayıb.

Qəfil hücumu həyata keçirən müxalif qrupların lideri Colaninin yeni gələcəkdə söz sahibi olacağı düşünülür. 

Colani sərt islamçı və partizan kimliyini bir kənara qoyub mətbuata verdiyi müsahibələrdə kostyum geyinməyə üstünlük verir. O, Suriyanın müxtəlifliyini daha yaxşı əks etdirmək üçün dövlət institutlarının qurulması və gücün mərkəzsizləşdirilməsindən danışıb.

Keçən həftə CNN-ə verdiyi müsahibədə o, Əsədin devrilməsindən sonra HTŞ-nin də ləğv oluna biləcəyini deyərək, “Suriya tək bir hökmdarın özbaşına qərarlar verdiyi sistemə deyil, institusional idarəetmə sisteminə layiqdir” deyib.

Tədricən gücünü möhkəmləndirən Colani, az adamın təsəvvür edə biləcəyi bir transformasiyaya başlayıb. O, İdlibdə Dürzi icmasına müraciət edib, Türkiyənin dəstəklədiyi müxalif qrupların hücumlarında həlak olan kürdlərin ailələrini ziyarət edib.

Colani 2021-ci ildə amerikalı jurnalistlə ilk müsahibəsində Qərb üçün təhlükə yaratmadığını və onlara qarşı tətbiq edilən sanksiyaların ədalətsiz olduğunu bildirib.

- Bəs, suriyalıların yeni lideri kim olacaq? Keçmiş partizan Əbu Məhəmməd Colani?
 
Colani 2 gün əvvəl CNN-ə müsahibə vermişdi. Demişdi ki, Bəşər Əsəddən sonra “Heyət Tahrir əş-Şam” silahı yerə qoyacaq və mülki həyata qayıdacaq.


 

0