Azərbaycanda ilk: “Paxlava və Şirniyyat Festivalı”

ÖLKƏ
11:29 / 11.12.2024
149

Bakıda “Paxlava və Şirniyyat Festivalı” keçiriləcək. Festivalda 10 000 dən çox paxlava hədiyyə olunacaq.

Türkiyənin Paxlava və Şirniyyat İstehsalçıları Assosiasiyasının (BAKTAD) və Rəmzioğlu paxlavanın təşkilatçılığı ilə keçirilən “13-cü Ənənəvi Qızıl Oxlova Paxlava Ustaları Müsabiqəsi və Şirniyyat Festivalı” bu il Azərbaycanın paytaxtı Bakıda keçiriləcək.

Festival çərçivəsində Türkiyə və Azərbaycan paxlava istehsalçıları arasında əməkdaşlığın inkişaf etdirilməsi, iki ölkənin paxlava və şirniyyatların xarici ölkələrdə birgə tanıdılması kimi məsələlər hədəflənir.

BAKTAD 2001-ci ildə türk paxlavasını dünyaya tanıtmaq məqsədilə yaradılmışdır.

Rəmzioğlu 2005-ci ildən premium məhsulları ilə paxlava və şirniyyat sektorunda fəaliyyət göstərir.

Festival 15 dekabr saat 12:00 Bakı İdman sarayında keçiriləcəkdir.
 

0