Mədəniyyət Nazirliyinin mətbu orqanları növbəti ilin ilk günündən fəaliyyətini dayandıracaq.
Bu barədə Bakuplus.az-a etibarlı mənbələrdən məlumat daxil olub.
Bildirilib ki, mətbu orqanların fəaliyyətini dayandırması haqqında artıq işçilərə məlumat verilib.
Qeyd edək ki, hazırda Mədəniyyət Nazirliyinin iki mətbu orqanı fəaliyyət göstərir. “Mədəniyyət” qəzeti həftənin çərşənbə və cümə günləri çıxır. “Mədəniyyət” jurnalı isə ildə altı dəfə çıxır.
Mövzunu diqqətdə saxlayacağıq.