Vitse-spiker: "Aİ indiki kursunu saxlasa, 10 ildən sonra dağılacaq"

DÜNYA
22:13 / 11.12.2024
121

"Brüssel bir sıra iqtisadi məsələlərlə bağlı strategiyasını dəyişməsə, Avropa İttifaqı mövcudluğunu dayandıracaq". 

HİT.az xəbər verir ki, bu barədə Slovakiya parlamentinin vitse-spikeri və Slovakiya Milli Partiyasının (SNS) rəhbəri Andrey Danko "RİA Novosti" ilə söhbətində bildirib.

Danko vurğulayıb ki, Aİ iqtisadi və enerji strategiyasında islahatlar aparmalıdır.

"Düşünürəm ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bunu etməyəcək. Əgər bu, indi Aİ-də olduğu kimi baş verərsə, 10 ildən sonra Avropa İttifaqı artıq mövcud olmayacaq", deyə siyasətçi qeyd edib.

Bundan əvvəl ABŞ-ın Avropa İttifaqındakı keçmiş səfiri Entoni Qardner ABŞ-ın seçilmiş prezidenti Donald Trampın ittifaqın dağılmasını arzulayacağına inandığını deyib.

Qardner xatırladıb ki, Tramp "Brexit" (Böyük Britaniyanın Aİ-yə üzvlüyünün dayandırılması və bununla bağlı prosedur) əla ideya hesab edir və belə proseslərin daha çox olması lazımdır.

Dekabrın 1-də “The Wall Street Journal” rəsmilərə və diplomatlara istinadən yazıb ki, Avropa İttifaqı birliyi dəfələrlə tənqid edən Trampa yaxınlaşmaq üçün Amerika mallarının alışını artırmağı düşünə bilər.

Samir
 

0