"Tesla" Kaliforniyaya savaş açır

DÜNYA
02:34 / 12.05.2020
1299

ABŞ-ın məhşur avtomobil şirkəti "Tesla" Kaliforniya ştatının Frimont şəhərində yerləşən əsas zavodunu hələ işə sala bilməyəcək.

Moderator.az xəbər verir ki, ştat rəhbərliyi "Tesla"nın bu zavodunun sanitar qaydalara cavab vermədiyi və koronavirusun yayılması baxımından təhlükə törədə biləcəyi qənaətindədir. Buna görə də martın 2-də zavodun fəaliyyətinə qadağa qoyulub. Kaliforniya ştatının qubernatoru bəzi müəssisələrin işə başlamasına qərar versə də, "Tesla" zavoduna qarşı qadağanın müddəti yenə uzadılıb.

Şirkət bunun əsassız olduğunu və zavodda başlanacaq işin koronavirus təhlükəsi törətmədiyini bəyan edir. "Tesla"nın sahibi, "Space X" şirkətinin direktoru və baş mühəndisi, 40 milyard dollardan artıq sərvəti ilə dünyanın ən varlı adamları siyahısına düşən İlon Riv Mask Kaliforniya ştatında baş verənlərdən qəzəblənərək məhkəmə iddiası qaldırdığını və "Tesla"nın Kaliforniyadakı baş ofisini Texasa, ya da Nevadaya köçürəcəyini söyləyib.

Artıq şirkətin Kaliforniya qubernatorluğu əleyhinə federal məhkəməyə müraciət etdiyi təsdiqlənib.

0
Moderator.az