Polad Bülbüloğlu: 65 yaşında da rəqqas olar?!

MƏDƏNİYYƏT
14:48 / 17.12.2024
249

Əvvəllər rəqqaslar 20 il işləyəndən sonra təqaüdə çıxa bilirdi. İndi isə qanun gülməlidir. Yəni rəqqaslar 65 yaşa kimi rəqqaslıqla məşğul olandan sonra təqaüdə çıxırlar.

APA xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında “Kitabxana işi haqqında” və “Muzeylər haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Polad Bülbüloğlu deyib.

Komitə sədri bildirib ki, qanuna yenidən dəyişiklik təklif edib: “Qanun dəyişməlidir ki, rəqqaslar 20-22 ildən sonra təqaüdə çıxa bilsinlər. 65 yaşında da rəqqas olar?!”.

0