Prezidentə bu şəxsləri əfv etmək səlahiyyətinin verilməsi təklif edildi

SİYASƏT
13:46 / 20.12.2024
130

Milli Məclisdə Prezidentə istintaq altında olan şəxsləri əfv etmək səlahiyyətinin verilməsi təklif olunub.

“Qafqazinfo” xəbər verir ki, bu təkliflə deputat Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edib.

“Prezidentə yalnız məhkumların deyil, həm də istintaq altında olan şəxsləri əfv etməklə məsuliyyətdən azad etmək səlahiyyəti verən amnistiyaları əldə etmək haqqında qanun qəbul etməyi təklif edirəm”, - parlamentari bildirib.

0