Mayotte sakinləri Makronu istefaya çağırır

DÜNYA
14:50 / 20.12.2024
123

Qasırğanın vurduğu Fransanın Hind okeanı Mayottte departamentinin sakinləri Fransa prezidenti Emmanuel Makronu istefaya çağırıblar. 

HİT.az xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, Makron dekabrın 14-də ərazidən keçən qasırğadan sonra adaya səfər edib. Təbii fəlakət nəticəsində 1,4 min nəfər xəsarət alıb. Mamoudzou kommunasının sakinləri ən çox zərər çəkib. Yerli sakinlər Makrona sözün əsl mənasında hər şeydən məhrum olduqlarını bildiriblər.

"İstefa! İstefa! Su, su, su!", deyə kütlə qışqırıb.

əvvəl Fransanın dəniz kənarındakı Mayotte bölgəsini vuran tropik Çido siklonu son doxsan ilin ən güclü siklonu olub. Mayotte səlahiyyətlilərinin siklon səbəbiylə maksimum hava təhlükəsi elan edildiyi bir vaxtda əhaliyə ciddi karantin tətbiq etdiyi bildirilib.

Çido qasırğasının vurduğu zərərin 650-800 milyon qiymətləndirilir. Bu barədə Fransanın Mərkəzi Təkrar Sığorta İdarəsinin (CCR) məlumatlarına istinadən Le Parisien qəzeti yazıb.

Qeyd olunur ki, bu qiymətləndirmə ilkin xarakter daşıyır və sığorta şirkətləri hələ də dəymiş ziyanın məbləğinə yenidən baxa bilərlər.

Samir


 

0