Azərbaycan ordusunun zabiti, "Azərbaycan bayrağı" ordenli polkovnik-leytenant Qoşqar Abışovun 14 yaşlı qızı vəfat edib.
HİT.az xəbər verir ki, bu barədə sosial mediada məlumat yayılıb.
Bildirilib ki, Qoşqar Abışovun qızı Türkiyədə azərbaycanlı qız cərrahi əməliyyatdan sonra dünyasını dəyişib. Məleykə Qoşqar qızı Abışova iki gün əvvəl onurğa əyriliyindən əməliyyat olunub. Cərrahi müdaxilədən sonra onun səhhəti kəskin pisləşib və ötən gün dünyasını dəyişib.
Mərhumun nəşi ötən gecə Azərbaycana gətirilib və bu gün Biləsuvarda dəfn edilib.