“Agro 23” qüsurlu mal satdı, inzibati məsuliyyətə cəlb edildi

İQTİSADİYYAT
21:41 / 14.02.2025
175

“Agro 23” MMC inzibati məsuliyyətə cəlb edilib. 

Hit.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 444.2-ci (Satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması) maddəsi ilə inzibati iş başlanıb. 

İttihama görə, şirkət satdığı qüsurlu malı qaytarmaqdan imtina edib. 

444.2-ci maddəyə görə altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir.

Abbas

0