Makron və digər Aİ liderlərini "dəli siçanlarla" müqayisə etdilər

DÜNYA
17:53 / 18.02.2025
138

Avropa liderləri ABŞ-ın sərt bəyanatlarından sonra “dəli siçanlar” kimi davranırlar. 

HİT.az xəbər verir ki, bu barədə İtaliyanın “Il Fatto quotidiano” qəzeti Avropa İttifaqının bir gün əvvəl Parisdə baş tutan fövqəladə sammitini şərh edərkən yazır.

"ABŞ-ın Avropa İttifaqına qəti hücumu onun liderlərini dəli siçanlar kimi qaçmağa məcbur etdi. Emmanuel Makronun Aİ-nin qalan 19 üzvü istisna olmaqla, səkkiz ölkədən Ukrayna problemi ilə bağlı fövqəladə sammit çağırmaq qərarını başqa necə xarakterizə etmək olar?", deyə materialda qeyd edilir.

Eyni zamanda, hətta Avropa İttifaqının “mini-kompozisiyası” da Ağ Evin yeni siyasətinə necə cavab verməklə bağlı konsensusa gələ bilməyib. Belə ki, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Kir Starmer Ukraynada atəşkəsin təmin edilməsi üçün avropalı əsgərlərin yerləşdirilməsini dəstəkləyib, Almaniya və İspaniya isə buna qarşı çıxıblar. İtaliya hökumətinin başçısı Corcia Meloni Brüssellə Vaşinqton arasındakı qarşıdurmaya qarşı çıxıb.

Samir
 

0