Ayın qaranlıq kraterlərini fəth edəcək robot

DÜNYA
10:04 / 19.02.2025
157

NASA-nın Lunar Fayload Services (CLPS)proqramı çərçivəsində Aya göndəriləcək "Grace" adlı atlanan robot Ayın cənub qütbü yaxınlığında, daim kölgədə qalan kraterlərdə su və digər resursları araşdıracaq. Bu, Ayda istifadə edilən ilk zıplayan tədqiqat robotu olacaq.

HİT.az xəbər verir ki, Hyuston mərkəzli "Intuitive Machines" şirkəti NASA-nın CLPS proqramı çərçivəsində Ayda ikinci missiyasına hazırlaşır. Şirkətin "Athena" adlı eniş aparatı 26 fevraldan etibarən dörd günlük bir buraxılış pəncərəsində "SpaceX Falcon 9" raketi ilə fəzaya göndəriləcək. "Athena" uğurla eniş edərsə, Ay səthinə mikro-Nova robotu "Grace"i yerləşdirəcək.

"Grace" məşhur riyaziyyatçı və kompüter alimi Qreys Hopperin (Grace Hopper) adını daşıyır. Lakin bu robot Ay səthində zıplamaq üçün xüsusi dizayn edilmiş, itici mühərriklərə sahib pilotsuz hava qurğusudur. O, beş fərqli yüksəklikdə atlayaraq hər dəfə daha da irəli gedəcək və üçüncü zıplamada 100 metr yüksəkliyə çatacaq.

Space.com-un məlumatına görə, "Intuitive Machines" şirkətinin kosmik sistemlər üzrə vitse-prezidenti Trent Martin "Grace"in "Athena" eniş aparatının yerləşdiyi nöqtədən təxminən 500 metr uzaqlıqda və 20 metr dərinlikdə yerləşən "Krater H"-ni hədəf aldığını bildirib. Robot burada su və digər resursları axtaracaq və yerleşik kameraları vasitəsilə görüntülər çəkəcək.

Robot NASA-nın Ay səthində ilk 4G/LTE şəbəkəsini qurmağı planlaşdıran "Nokia"nın "Ay Səthi Rabitə Sistemi"ndən istifadə edərək "Athena" ilə əlaqə saxlayacaq. Kraterin dibində təxminən 45 dəqiqə qaldıqdan sonra isə səthə geri atlayacaq.

Marsda "Ingenuity" dronu qısa uçuşlar etsə də, Ayın incə atmosferi səbəbindən orada uçan qurğu istifadə etmək daha çətindir. Buna görə "Grace"in dizaynı gələcək Ay tədqiqatları üçün yeni bir yanaşma təqdim edir.

Çin də 2026-cı ildə buraxılması planlaşdırılan "Chang'e 7" missiyası ilə Ay səthinə atlayan robot göndərməyi planlaşdırır. Bu isə göstərir ki, "Grace" Ay tədqiqatlarında zıplayan robot texnologiyasının yalnız başlanğıcıdır.

Samir

0