Pambıqçılıq niyə inkişaf etmir?

İQTİSADİYYAT
22:00 / 27.02.2025
281

“Azərbaycanda pambığın strateji məhsul elan edilməsi səhv strategiya idi”.

Bunu aqrar sahə üzrə ekspert Akif Nəsirli deyib. 

O bildirib ki, Azərbaycan pambığı keyfiyyətsiz pambıqdır. Bizim pambığın lif çıxımı aşağı olduğuna görə bu pambıq çiyiddən ayrılıb ,Özbəkistana göndərilirdi: 

“ Ancaq emal etmirdilər. Azərbaycan iqlimi pambıqçılıq üçün yararlı deyil. Pambıqçılığı inkişaf etdirmək üçün "Gossypium barbadense" sortu hansı iqlimdə yetişirdisə, o iqlimdə pambıq yetişdirirdilər. Azərbaycanda o sort yetişmir”.

Sevinc

0