Brent markalı neftin qiyməti 40 dollardan aşağı düşə bilər.
HİT.az xəbər verir ki, "Goldman Sachs" bu ssenarini həddindən artıq olsa da, mümkün hesab edir.
"Həm qlobal ÜDM artımının azaldığı, həm də OPEC-in bütün hasilatın azaldılmasından imtina etdiyi və qeyri-OPEC-ə daxil olan tədarükü mənfi təsir edən daha ekstremal və daha az ehtimal olunan ssenaridə biz Brent qiymətlərinin 2026-cı ilin sonuna kimi bir barel üçün 40 dollardan aşağı düşəcəyini gözləyirik", deyə bankın analitikləri qeyd ediblər.
Bundan əvvəl "Goldman Sachs" 2026-cı ildə neftin orta qiyməti ilə bağlı proqnozunu bir barel üçün 4 dollar aşağı salmışdı. Beləliklə, bankın analitiklərinin fikrincə, Brent neftinin orta illik qiyməti 58 dollar, WTI üçün isə 55 dollar olacaq.
Brent markalı neftin qiyməti son bir həftə ərzində 75 dollar/bareldən 65 dollara düşüb. Donald Trampın qlobal ticarət müharibəsi və ABŞ-ın özündə tənəzzül təhlükəsi yaradan 185 ölkədən mallara idxal rüsumları tətbiq etməsinə investorların reaksiyası belədir. Goldman Sachs-ın son təhlili artıq ehtimalı 45% qiymətləndirir.
Samir