Koronavirus pandemiyası ilə əlaqədar Sinqapurda da küçəyəçıxma yasağı tətbiq edilir.
İnsanların küçəyə çıxmasının qadağan olduğunu onlara tez –tez xatırlatmaq üçün Spot adlı robot köpək xidmətə başlayıb.
İlk xidmət yeri olaraq Bişan Anaq Mo Kio parkında “işə başlayan” Spot yerli sakinlərə sosial məsafənin qorunmasının vacibliyini xatırladıb.
Kameralarla təchiz olunmuş robotun köməyi ilə Sinqapur Parklar İdarəsi yaşıl zonalarda insan sıxlığını müşahidə edə bilir. Sıxlıq olunca isə Spot sakinlərə xəbərdarlıq edir. “Xahiş edirik, bir – birinizdən bir metr aralıda oturun”.
11 maya olan məlumata əsasən, hazırda dünyada koronavirusa yoluxmuş 4 198 868 insan var. Onlardan 1 502 393 sağalıb, 284 041 nəfər ölüb.
Bizimyol.info