İlin əvvəlindən Avropa ölkələri artıq Ukraynaya hərbi yardım üçün 23 milyard avrodan çox vəsait ayırıb.
HİT.az "Reuters"ə istinadən xəbər verir ki, bunu Aİ-nin xarici siyasət departamentinin rəhbəri Kaya Kallas deyib.
O, qeyd edib ki, bu il Avropanın Kiyevə yardımının həcmi ötənilki səviyyədən çoxdur, lakin daha çox iş görülməlidir:
"Hər gün vədlər gəlir. Biz üzv dövlətlərin atdığı addımları görürük. Ukraynaya dəstək gücləndirilməlidir".
Kallas Rusiyaya təzyiqin artırılmasının lazım olduğunu da vurğulayıb:
"Ukraynanın qeyd-şərtsiz atəşkəsə razılıq verməsindən dörd həftə keçir, lakin biz Rusiya tərəfdən heç bir müsbət cəhət görmürük. Ona görə də Rusiyaya həqiqətən təzyiq göstərməliyik".
Samir