Ərdoğan: Aİ problemləri həll etmək istəyirsə, Türkiyəni öz sıralarına qəbul etsin

DÜNYA
17:59 / 11.04.2025
143

"Avropa İttifaqı mövcud çətinliklərin öhdəsindən gəlmək istəyirsə, Türkiyəni tamhüquqlu üzv kimi öz sıralarına qəbul etməlidir". 

HİT.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatik Forumunun (ADF2025) rəsmi açılış mərasimində çıxışı zamanı deyib.

"Avropa İttifaqına üzvlük prosesimizi irəli aparmaq üçün lazımi iradə nümayiş etdirdik. Bu proses bəzən qorxu, bəzən qərəz, bəzən də Avropa İttifaqı daxilindəki bir sıra oyunçular üzündən istədiyimiz kimi inkişaf etmir", deyə Ərdoğan bildirib.

O qeyd edib ki, Ankaranın Aİ-yə daxil olmaq məqsədindən uzaqlaşması ilə bağlı tənqidlər əsassızdır:

"Aİ problemlərinin öhdəsindən gəlmək və yeni dünya sistemində layiq olduğu təmsili qazanmaq istəyirsə, ən qısa zamanda Türkiyəyə Aİ-də yer verməlidir".

Samir

0