Cəlilabadda 9 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu əsaslı təmir olunacaq

İQTİSADİYYAT
11:26 / 14.04.2025
102

Cəlilabad rayonunun Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd avtomobil yolu əsaslı təmir olunacaq.

HİT.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla 7 min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd avtomobil yolunun əsaslı təmiri məqsədilə dövlət büdcəsindən  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 1,5 milyon manat ayrılıb.

0