Prezident Volodimir Zelenski bildirib ki, Ukrayna ABŞ-dan ümumilikdə 100 milyard dollar yardım alıb.
HİT.az xəbər verir ki, bu barədə dövlət başçısı CBS telekanalına müsahibəsində bildirib.
"Biz faktiki olaraq ABŞ-dan 100 milyard dollara yaxın yardım almışıq. Bu və ya digər texnikanın daşınmasına müəyyən pul xərclənib və onu Amerika şirkətləri, nəqliyyat şirkətləri alıb. Bundan əlavə, ABŞ-ın maliyyəsindən xeyli pul Avropada qalıb. Onlar ABŞ-ın müvafiq proqramlarının müəyyən ofislərini maliyyələşdiriblər. Ukraynaya gələn 65-67 milyard silahdır", deyə Zelenski qeyd edib.
O, Ukrayna büdcəsini dəstəkləmək üçün ABŞ-dan 35 milyard dollara yaxın vəsaitin daxil olmasına aydınlıq gətirib:
"Biz həmişə inanmışıq ki, bu, bizim ümumi mübarizəmizdir, Ukrayna bizim ümumi dəyərlərimizi müdafiə edir, biz isə bütün Avropanı müdafiə edirik. Ona görə də Avropa da bizi maliyyələşdirib. Bu məqamda Avropa ABŞ-a yaxın pul verib. Lakin mən ABŞ xalqına ciddi dəstəyə görə yalnız təşəkkür edə bilərəm".
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bundan əvvəl ABŞ-ın Ukraynaya 350 milyard dollar xərclədiyini bəyan edib.
Samir