Tanışlıq səfərləri ilə bağlı yarım milyonluq tender

17:52 / 21.04.2025
168

Dövlət Turizm Agentliyi Avropa və Birləşmiş Krallıqdan olan jurnalistlər, blogerlər və turizm şirkətləri üçün Azərbaycana tanışlıq səfərləri təşkil edəcək. 

Hit.az xəbər verir ki, Agentlik bununla bağlı tender elan edib. Tender mayın 16-dək davam edəcək. 

Bu tender üzrə satınalma predmetinin ehtimal olunan qiyməti 537 861,70 manatdır.

Abbas

0