"ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı təqdim etdiyi sülh planı sülh deyil, əslində kapitulyasiyadır".
HİT.az xəbər verir ki, bunu "The Telegraph" qəzetində politoloq, "New Lines" Strateji və Siyasət İnstitutunun keçmiş baş məsləhətçisi Ceyms Snell yazıb.
O qeyd edib ki, Trampın planı Ukraynaya qarşı real təhlükələr vəd edir. Snell yazır ki, Ukrayna cəmiyyəti ABŞ tərəfindən təklif olunan bu "sülh sazişini" faktiki olaraq təslimiyyət sənədi kimi qəbul edir. Plana əsasən:
* Rusiya tərəfindən hazırda işğal olunan ərazilərin böyük hissəsi Ukrayna tərəfindən itirilmiş kimi tanınacaq (yalnız iki kiçik sahə istisna olmaqla);
* Ukrayna NATO-ya üzvlükdən imtina etməlidir;
* ABŞ Krımın Rusiya tərəfindən ilhaqını rəsmi olaraq tanıyacaq;
* Kiyevə gələcək təhlükələrin qarşısını almaq üçün zəruri olan heç bir təhlükəsizlik zəmanəti verilməyəcək.
Snellin sözlərinə görə, Tramp düşünür ki, torpaqdan imtina müqabilində sülh əldə etmək mümkündür. Beynəlxalq münasibətlər nəzəriyyəsində bu yanaşma müzakirə mövzusu olsa da, bu kimi planın mövcud administrasiya tərəfindən həyata keçirilməsi mümkün deyil və zərərli nəticələrə yol açar.
Trampın administrasiyası Ukraynanın müdafiə imkanlarını məhdud sayır və onun danışıqlarda “əlinin güclü olmadığını” əsas gətirərək bu ölkənin güzəştə məcbur edilə biləcəyini düşünür.
Samir