“Yeddi Gümbəz”də 29 yaşlı qadın öldürüldü - Əri saxlanıldı

HADİSƏ
16:31 / 23.04.2025
333

Şamaxıda qətl törədilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Şamaxı şəhərindəki “Yeddi Gümbəz” qəbiristanlığında baş verib.

1996-cı il təvəllüdlü Sevda Hidayətova orada kəsici alətlə qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı 1984-cü il təvəllüdlü Vüsal Hidayətov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

0