Bu rayon və şəhərlərdə SMS icazə sistemi ləğv edildi

ÖLKƏ
10:01 / 04.05.2020
9790

Bu gündən Azərbaycanın bir sıra şəhər və rayonlarında xüsusi karantin rejimi ilə əlaqədar olaraq tətbiq olunan SMS icazə sistemi ləğv olunub.

Hit.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 1-də qərar qəbul edib.

Qərara əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında 4 may 2020-ci il saat 00:00-dan etibarən yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunub.

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda isə məhdudiyyətlər aradan qaldırılan sahələrdə işləyən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir.

23