Kanadalı alimlər ölümcül beyin şişi - glioblastomaya kömək edəcək dərman hazırlayıblar.
“Cell Stem Cell” xəbər verir ki, dərman CAR T-hüceyrə terapiyasına əsaslanır.
Bildirilir ki, demək olar, bütün hallarda aqressiv müalicədən sonra glioblastoma təhlükəli olduğundan yeddi ay ərzində daha aqressiv formada təkrarlanır.
T-hüceyrə müalicəsində bədxassəli hüceyrələri tanıyan və məhv edən xüsusi bir antigenik reseptor istifadə olunur. Bu, xüsusi antigenlərə seçici şəkildə bağlanan antikor hissələri olan bir proteindir.
Bundan əlavə, xəstənin T hüceyrələri onları müəyyən bir şəkildə dəyişdirən müalicəyə cəlb olunur.
Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, hüceyrə terapiyası xəstənin sağ qalmasını artırır və şiş yükünü azaldır.
Oxu.az