"Avropa müharibə və parçalanma təhlükəsi altındadır" - Makron

DÜNYA
18:00 / 16.05.2025
257

Fransa prezidenti Emmanuel Makron hesab edir ki, Rusiya atəşi dayandırmaq istəmədiyi üçün ona “güclü təzyiq” göstərməyə davam etmək lazımdır.

HİT.az xəbər verir ki, bunu Fransa lideri Tiranada Avropa Siyasi Birliyinin sammitinin açılışında deyib.

"Son bir neçə saat göstərdi ki, Rusiyanın atəşi dayandırmaq istəyi yoxdur və bu nəticəni əldə etmək üçün avropalılar və amerikalılar tərəfindən təzyiqlər artmasa, bu, kortəbii olmayacaq", deyə Makron vurğulayıb.

Fransa lideri əlavə edib ki, Rusiya əvvəllər məlum olan, müharibə cinayətlərinin qarşısını almayan və heç bir nəticə verməyən danışıqları bərpa etmək istəyir. Makron vurğulayıb ki, Avropa müharibə və parçalanma təhlükəsi altında yaşayır:

"Təhlükəsizliyimizin birinci ölçüsü geosiyasidir. Avropanın parçalanması təhlükəsi var. Bu, ilk növbədə, Rusiyanın Ukraynaya təcavüzü ilə bağlıdır. Ona görə də hamımızın birlikdə vuruşduğumuz mübarizə və bizim yaratdığımız "istəklilər koalisiyamız" və onun gələcək hərəkətləri atəşkəsə nail olmaq üçün vacibdir".

Xəbər verdiyimiz kimi, Avropa Komissiyasının sədri Ursula fon der Leyen də cümə günü Tiranada Avropa Siyasi Birliyinin (EPC) sammiti başlamazdan əvvəl Kreml liderinin Ukrayna prezidenti Volodimir Zelenski ilə sülh danışıqları təşəbbüsünə məhəl qoymadığını, onun müharibəni dayandırmaq istəmədiyini açıq şəkildə nümayiş etdirdiyini və buna görə də Rusiyaya qarşı təzyiqlərin, o cümlədən sanksiyaların artırılmasının vacibliyini vurğulayıb.

Samir

0