Millimizin baş məşqçisi istefaya göndərilir

09:25 / 30.05.2025
364
Futzal üzrə milli komandanın baş məşqçisi Vitali Borisov tezliklə istefaya göndəriləcək. 
 
Bizim.Media-nın əldə etdiyi xəbərə görə Futzal Federasiyasının rəhbərliyi yığmanın Avropa çempionatının seçmə mərhələsindəki çıxışından razı qalmayıb. 
 
Belə olan halda bütün günahları baş məşqçidə görən rəhbərlik Borisovla vidalaşmağa hazırlaşır. İstefanın yaxın günlərdə açıqlanacağı gözlənilir. 
 
Qeyd edək ki, millinin yeni baş məşqçisinin də yerli olacağı gözlənilir.
 
0