"İçərişəhər" Muzey Mərkəzinə direktor təyin olundu

ÖLKƏ
16:43 / 04.06.2025
102

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Muzey Mərkəzinə direktor təyin edilib.

HİT.az xəbər verir ki, bu vəzifəyə Muzey işi sahəsinin mütəxəssisi və eksperti Azadə Hüseynova təyin olunub.

Qeyd edək ki, o 2005-ci ildən etibarən Mədəniyyət Nazirliyində uzun illər Muzey işi və mədəniyyət sərvətlərinə nəzarət şöbəsinin müdiri olub.

2021–2025-ci illərdə müxtəlif muzey layihələrinə rəhbərlik etmiş və ekspert qismində iştirak edib.

0