Koronavirus pandemiyası ilə bağlı Azərbaycandan 800 türk vətəndaşı ölkələrinə təxliyə olunub.
Bu barədə BAKU.WS-ə Türkiyənin Gəncədəki Baş Konsulluğundan məlumat daxil olub.
Məlumatda bildirilir ki, pandemiya təhlükəsi ilə bağlı təxliyə olunan şəxslər Azərbaycanın müxtəlif bölgələrində yaşayıb.
Türkiyə vətəndaşları təyyarə ilə ölkələrinə yola salınıb.