Bunlara əməl etməsəniz, cərimələnəcəksiniz - Yeni qayda

ÖLKƏ
16:22 / 29.05.2020
1419

Xəbər verdiyimiz kimi, Azərbaycanda karantin rejimində yeni qaydaların tətbiqiylə bağlı yeni qərar qəbul edilib. 

HİT.Az xəbər verir ki, Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir.

Bundan başqa, insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda da maska taxılmalıdır. 

Həmçinin, bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla), şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.) maska taxılmacı vacib bilinib. 

Bu tələbin pozulması İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. 

2