Tanınmış futbolçu həbs oluna bilər

İDMAN
19:34 / 29.05.2020
1336

İspaniyanın "Atletiko" klubunun futbolçusu Dieqo Kosta vergidən yayınmaqda ittiham olunur.

"Report" EFE agentliyinə istinadən xəbər verir ki, prokuror 32 yaşlı hücumçu üçün 6 ay həbs və 500 min avrodan çox pul cəzası tələb edib.

Bu iş üzrə məhkəmə prosesi iyunun 4-ə təyin edilib.

Qeyd edək ki, Dieqo Kosta 2019/2020 mövsümündə 19 matçda iştirak edib, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Mart ayında koronavirusa görə dayandırılan İspaniya La Liqası iyunun 11-də qaldığı yerdən davam edəcək.

0
Report.az