Bizdə həkimlərə niyə inanılmır?

SAĞLAMLIQ
20:39 / 17.10.2025
120

Xəstələnəndə dərdimizə dərman həkim olur.

Ancaq hər həkim dərdimizə dərman ola bilmir. 

Bu səbəbdən də insanlar həkimlərə inanmır. 

Sosial şəbəkələrdə tez-tez həkimlərdən giley edənlərə rast gəlirik. 

Tibbi ekspert Adil Qeybulla Hit.az-a deyib ki, bu cür vəziyyətlərin nədən qaynaqlandığını araşdırmaq lazımdır:

“Bu gün həkimlərlə bağlı qəribə fikir, mövqe formalaşdırılıb. Sosial şəbəkədə bəzi həkimlərin xoş olmayan görüntüləri yayılır. Onların hesabına digər həkimlərə eyni münasiəbət sərgilənir. Bu gün ölkəmizdə çox gözəl həkimlər var. Azərbaycan həkimləri xarici ölkə həkimlərindən geri qalmır. Tibb sahəsi günü-gündən inkişaf edir. İnsanlar qonum-qonşunun dediyi otlara deyil, həkimlərə inansalar tez sağalarlar”.

Sevinc

0