Azərbaycan- Rusiya sərhədində sıxlıq yaranıb

ÖLKƏ
19:50 / 29.05.2020
1013

Azərbaycan-Rusiya sərhəddindəki “Samur” gömrük-keçid məntəqəsində yük avtomobillərinin növbəsi yaranıb. Hazırda ərazidə 500 yük maşını qonşu ölkəyə keçmək üçün gözləyir. 

HİT.Az xəbər verir ki, “Samur” gömrük-keçid məntəqəsindən “Qafqazinfo”ya verilən məlumata görə, yaranan növbələr mövsümi xarakter daşıyır:

“Hazırda gün ərzində 250-300 maşın Rusiyaya keçir və hər hansı texniki problem yoxdur”.

Bildirilib ki, əgər Rusiya tərəfi bu sayı artırsa, Azərbaycan tərəfi də bu sayı artıra bilər.

0