15 metrlik ilan II Dünya müharibəsinin pilotunun helikopterinə necə hücum edib?

DÜNYA
18:44 / 14.11.2025
261

II Dünya Müharibəsi dövrünün pilotu iddia edib ki, Konqo cəngəlliklərində onun helikopterinə nəhəng ilan hücum edib.

HİT.az xəbər verir ki, bu barədə "Indian Defence Review" yazıb.

Belçikalı pilot Remi Van Lyerdenin sözlərinə görə, kriptozoologiyanın əfsanəsinə çevrilmiş bu unikal hadisə 1959-cu ildə Konqo tropik meşələrinin üzərində baş verib. Pilot bildirir ki, o, təxminən 15 metr uzunluğunda bir ilan görüb, ilan kolluqdan qalxıb və demək olar helikopterə çatıb.

"İlan başını üç metr qaldırdı və elə bil vertolyotu ov kimi qiymətləndirirdi. Əgər mən onun təsir zonasına düşsəydim - o, vurardı", deyə Van Lyerde bildirib.

Onun sözlərinə görə, canlının bədəni yaşıl-qəhvəyi rəngdə olub, başı at boyda olub və çənəsi o qədər geniş idi ki, asanca insanı udardı.

Pilot hətta sirli sürünəni qara-ağ fotoda çəkib, amma şəkil bulanıq çıxıb və miqyas üçün aydın göstəricilər yoxdur. Sübutlar olmasa da, Van Lyerdenin II Dünya müharibəsi veteranı və təcrübəli aviasiyaçısı olması bu hekayəni sensasiyaya çevirib - onu hətta 1980-ci illərin elmi-populyar verilişlərində də sitat gətiriblər.

386063

Lakin başqa şahid və ya fiziki təsdiq hələ tapılmayıb. Bioloqlar bildirirlər ki, bölgədəki ən böyük ilan - Afrika qayalıq pitonu - maksimum 6 metrə qədər olur, buna görə də 15 metrlik canlı barədə danışmaq inanılmaz görünür.

Buna baxmayaraq, nəhəng Konqo ilanı  mifləri hələ də yaşayır və yerli əfsanələr panteonunu tamamlayır, məsələn, mokele-mbembe - “Afrika dinozavrı”, hansı ki, yerli tayfalar əsrlərdir təsvir edirlər.

Samir

0