Beynəlxalq uçuşların bərpasının əsas şərti açıqlandı - RƏSMİ

İQTİSADİYYAT
09:18 / 30.05.2020
1180

“Beynəlxalq uçuşlar bərpa olunacaqsa, bizim başqa ölkələrlə koronavirus testindən keçmə haqqında sənədləri qarşılıqlı tanımağımıza ehtiyac var”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

“Yəni Azərbaycandan vətəndaş xarici ölkəyə gedəcəksə, test nəticələri keçərli sayılmalıdır. Bu, digər ölkələrdən ölkəmizə gələnlərə də aiddir”, - deyə o qeyd edib.

İlhamə Əbülfət

0