Dövlət Agentliyinin vəzifəli şəxsləri öz ərizələri ilə işdən çıxıblar

İQTİSADİYYAT
15:20 / 05.12.2025
239

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində müşavirlər işdən azad olunublar.

Bu barədə Oxu.Az-a məlumat daxil olub.

Məlumatda üç şəxsin dövlət satınalmaları ilə bağlı hüquq pozuntuları səbəbindən işdən çıxarıldığı qeyd edilir.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Əhməd Həsənov və Elşən Həsənov müxtəlif vaxtlarda öz ərizələri əsasında işdən ayrılıblar:

"Cəfər Babayev isə hazırda sədrin müşaviri qismində agentlikdə çalışır".

0