Texasın cənubunda yerləşən Boka-Çika poliqonunda “SpaceX” şirkətinə məxsus “Starship SN4” kosmik gəmisinin prototipinin üçüncü sınağı da uğursuzluqla başa çatıb.
Bu barədə “360 TV” xəbər yayıb.
Belə ki, “Raptor” metan mühərriki sınaqdan keçirilərkən partlayış baş verib.
Bununla bağlı kadrları həmin vaxt canlı yayım aparan “LabPadre” “YouTube” kanalı paylaşıb.
oxu.az