"Bakı Marafonu 2026" başa çatdı -YENİLƏNİB

İDMAN
17:00 / 03.05.2026
210

Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə start götürən Bakı Marafonu 2026-nunda yarış başa çatıb.

Hit.az xəbər verir ki, bir qədər sonra "Sea Breeze" ərazisindəki finiş zonasındada qaliblərin mükafatlandırılması mərasimi olacaq.

Birinci yerə çıxana 6 000 AZN, 2-ci yerin qalibinə 4 000 AZN, finişə 3-cü çatan iştirakçıya isə 2 000 AZN pul mükafatı təqdim ediləcək. Bundan əlavə, 42 km məsafəni tamamlayan bütün iştirakçılara medallar veriləcək. Daha qısa məsafə üzrə də mükafatlar təqdim ediləcək. 21 km yarımarafon məsafəni qət edən ilk 2 000 iştirakçı medal, 10 km məsafəni tamamlayanlar isə sertifikatlarla təltif olunacaq.

İlk dəfə olaraq 21 kilometrlik məsafədə deyil, tam 42 kilometrlik marşrutda keçirilən marafona 25 min iştirakçı qatılıb. Marafona tanınmış ictimai-siyasi, incəsənət xadimləri, ziyalılar da qoşulub. Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ, Almaniya, Boyük Britaniya, Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Çin və digər ölkə təmsilçiləri də qələbə uğrunda yarışıblar. Hər dəfə olduğu kimi, builki yarışda da fiziki imkanları məhdud, eləcə də Daun sindromlu şəxslər də iştirak edib.

14.12

Mayın 3-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2026"nın qalibi müəyyənləşib.

Hit.az-ın xəbərinə görə, marafonda finiş xəttinə kişilər arasında ilk çatan idmançı Türkiyədən Əhməd Alkanoğlu olub. İkinci yerdə ukraynalı yarışçı Vitaliy Şafar, üçüncü yerdə isə Qırğızıstan təmsilçisi Yrskeldi Akerov qərarlaşıb.

Qadınların mübarizəsində Rusiyadan Elena Tolstykh birinci, Azərbaycandan Anna Yusupova ikinci, Qazaxıstandan Şirin Akimbay üçüncü yerin sahibi olub.

Qeyd edək ki, bu il Bakı Marafonu ilk dəfə olaraq 21 kilometrlik məsafədə deyil, tam 42 kilometrlik marşrutda keçirilən marafona 25 min iştirakçı qatılıb.

0