Ötən gün Lökbatandakı yanğında anbarın 21 min kvadratmetri yanıb

HADİSƏ
09:50 / 13.05.2026
211

Ötən gün Lökbatanda baş verən yanğında anbarın 21 min kvadratmetri yanıb.

Bu barədə HİT.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğın nəticəsində bir-birinə bitişik ümumi sahəsi 46 000 kvadratmetr olan müxtəlif təyinatlı malların saxlanıldığı anbar 21 000 kvadratmetr sahədə yanıb.

Anbarın qalan hissəsi yanğından mühafizə olunub.

Qeyd edək ki, mayın 12-də səhər saatlarında Lökbatan qəsəbəsində yerləşən anbarda güclü yanğın baş verib və alovun söndürülməsi üçün FHN-in 182 nəfər şəxsi heyəti, 40 xüsusi təyinatlı texnikası və 2 helikopter cəlb olunub. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın tam söndürülüb.
 

0